08.09.2024, 07:45
AZ EN
27.07.2024, 11:14 162

Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun İrs Siyahısına salınmasını vacib sayır

XƏBƏRLƏR
  • Çox şadam ki, Xudafərin körpüsünü görə bildim.

Bunu Cəbrayılda polşalı səyyah Bartoş Kozik deyib.

“Biz buranı ziyarət etməyi bacaran ilk turistlərdənik. Ümid edirəm ki, bütün dünya bizim kimi buranı gəlib görə biləcək. Həmçinin Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini də görmək istərdim”, - o bildirib.

Xatırladaq ki, 35 nəfərdən ibarət beynəlxalq səyyahdan ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədir. Bu gün onlar Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olublar.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil edilib.

Son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Çarlz Veylinin başçılıq etdiyi bu qrupun səfəri sayca 11-ci olub.

Səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir. (Report)

Oxşar xəbərlər