22.11.2024, 12:48
AZ EN
07.10.2024, 12:00 187

İlahə Hüseynova: BQXK neytral olaraq dünyanın bir çox regionlarında fəaliyyət göstərir

XƏBƏRLƏR
  • Beynəlxalq Qırmızı Xaç Komitəsi neytral olaraq dünyanın bir çox regionlarında fəaliyyət göstərir. Fəaliyyətimiz zamanı beynəlxalq hüququn qəyyumu olaraq hərbi qüvvələrlə, silahlı qüvvələrlə iş aparırıq.

Bunu "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar"da (SWIRMO) Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, bu fəaliyyətlərdən biri də 2007-ci ildən bəri həyata keçirilən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”dır .

"Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətli tədbirlərindən biri olan bu seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edir. Bu seminar ilk dəgə olaraq ölkəmizdə keçirilir. Seminarın keçirilməsində başlıca məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etməkdir”,- deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) keçirilir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətli tədbirlərindən biri olan bu seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edir. (Trend)

Oxşar xəbərlər