Ə.Əhmədov həmin müddətdə məzuniyyətə çıxacaq.
Seçki Məcəlləsinin 69.2-ci bəndinə əsasən, dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya media subyektlərində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri seçki (referendum) kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər, onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədi ilə istifadə edə bilməzlər.
Xatırladaq ki, Əli Əhmədov YAP-ın deputatlığa namizədləri sırasındadır. (Report)