19.10.2024, 17:35
AZ EN
17.07.2024, 10:36 249

Jan-Jakob Bisep: Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir

XƏBƏRLƏR
  • Bakıda belə bir qurultayın keçirilməsinə dəstək göstərdiyi üçün Azərbaycanın Hökumətinə təşəkkür edirik. Azərbaycan cəsarətli addımlar atır. BMT-nın çətiri altında Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə biz ilk dəfə Bakıda belə bir tədbir keçiririk.

Bu sözləri Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayda çıxışı zamanı deyib.

O, bu Qurultayın tarixi xarakter daşıdığını qeyd edərək bildirib: “Biz kolonializmə qarşı birlikdə mübarizə apara bilərik. Bizim məqsədimiz dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməkdir. Biz əlimizdən gələni edəcəyik ki, həmrəyliyimizi möhkəmləndirək, dünyada daha çox görünə bilək. Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir. Məqsədimiz dünyanı Fransaya təsir göstərmək üçün səfərbər etməkdir”. (AZƏRTAC)

Oxşar xəbərlər