23.12.2024, 04:46
AZ EN
07.12.2023, 14:23 327

Qərbi Azərbaycan İcmasında Nihongo Asiya Akademiyasının direktoru ilə görüş olub

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Malayziyanın Nihongo Asiya Akademiyasının direktoru Fadhil Yusni ilə görüşüb.

İcmadan verilən məlumata görə, görüş zamanı Ə.Ələkbərli qonağa bildirib ki, ötən əsr boyunca dörd dəfə Qərbi azərbaycanlıları öz ata-baba yurdundan deportasiya edən Ermənistanın cəzasız qalması Azərbaycana qarşı ərazi iddialarına, 30 illik işğala yol açdı. Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ədaləti bərpa etməsi ilə regionda sülh üçün şərait yarandı və bu gün soydaşlarımız öz evlərinə sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa çox ümidlidirlər.

Malayziyalı qonaq azərbaycanlılara qarşı törədilən haqsızlıqların qəbuledilməz olduğunu, bu istiqamətdə təmsil etdiyi qurum adından soydaşlarımızın haqq səsini çatdıra bilmək üçün İcma ilə yaxından əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, Malayziyanın Nihongo Asiya Akademiyasının direktoru Fadhil Yusni İcma tərəfindən dekabrda Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzulu beynəlxalq konfransın iştirakçılarındandır. (AZƏRTAC)

Oxşar xəbərlər