18.10.2024, 09:34
AZ EN
28.06.2024, 18:58 192

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

XƏBƏRLƏR
  • Gürcüstan 2030-cu ilə qədər enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırır. Bunun üçün yeni elektrik stansiyalarının tikintisi həyata keçiriləcək.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdəki çıxışı zamanı məlumat verib.

Bununla əlaqədar hökumətin qarşısında strateji vəzifə olduğunu diqqətə çatdıran Baş nazir deyib: “2030-cu ilə qədər enerji sahəsində milli istehsal istehlakdan çox olmalıdır və bu məqsədə çatmaq üçün hər şey edilir”.

Kobaxidzenin sözlərinə görə, ölkə ərazisində yeni elektrik stansiyalarının tikintisi ilə bağlı 284 müqavilə imzalanıb. Onlardan 214-ü su elektrik stansiyası, 26-sı külək, 44-ü isə Günəş elektrik stansiyası olacaq.

O, həmçinin diqqətə çatdırıb ki, yeni elektrik verilişi xətlərinin tikintisi də fəal şəkildə davam etdirilir.

“Biz Qara dənizin sualtı elektrik ötürücü kabeli layihəsi üzərində fəal işləyirik, onun texniki-iqtisadi əsaslandırması iyulda tamamlanacaq”, - deyə Kobaxidze vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər