Bunu Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt dekabrın 5-də Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransda deyib.
"Bu məsələlərlə bağlı beynəlxalq komissiya yaradılmalıdır. Həqiqət komissiyasının yaradılması insanların kollektiv yaddaşının saxlanılması üçün mühüm rol oynaya bilər. Eyni zamanda, biz deportasiya proqramları da yaratmalıyıq. Bununla da insanlara kömək edilməlidir ki, öz ata-baba yurdlarına qayıda bilsinlər”, - deyə o qeyd edib. (AZƏRTAC)