8 ölkədən gələn xarici qonaqlar əvvəlcə şəhər gəzintisinə çıxıblar.
Sonra səyyahlar Cümə məscidi ilə tanış olublar. Məlumat verilib ki, 1868–1870-ci illərdə inşa edilmiş məscid digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb: minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları isə tanınmaz vəziyyətə gətirilib. Erməni vandalları məsciddə mal-qara saxlayıblar. Ağdam işğaldan azad edildikdən sonra isə məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.(AZƏRTAC)