Bu sözləri Şuşada səfərdə olan Latviya Parlamentinin sədri Daiga Mierina bildirib.
Daiga Mierina deyib ki, bütün bunlara şahidlik etmək çox sevindiricidir.
“Düşünürəm ki, bizim iş adamlarımız da buradakı quruculuq və bərpa işlərinə qoşula bilər. Bütün bunlar üçün təbii ki, danışıqlar aparmaq lazımdır. Burada bir çox fürsət var və bizim bu sahədə əməkdaşlığımız üçün böyük potensialı mövcuddur. Bizim ölkələrimiz arasında yüksək texnologiya sahəsində də əməkdaşlıq üçün böyük potensial var”, - deyə Latviya Parlamentinin sədri bildirib. (AZƏRTAC)