19.09.2024, 06:05
AZ EN
10.07.2023, 09:37 257

Ceyhun Məmmədov: “ABŞ-dan ümidi üzülən Ermənistan məhvə doğru gedir”

XƏBƏRLƏR

Proseslərin təhlili göstərir ki, ABŞ Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh müqaviləsinin imzalanmasını istəyir. Artıq separatçılar ABŞ-dan ümidlərini üzüblər. azərbaycan mərhələli şəkildə bütün hədəflərə nail olacaq.

Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələyə münasibət bildirərkkən deyib ki, ABŞ-da onlara deyir k, məsələ bitmədi, bizim üstümüzə gəlməyin, gedin məsələni Azərbaycanla həll edin: “Ona görə də onların artıq Amerika rəsmlərinə heç bir ümidi qalmayıb. Sadəcə, Rusiya onlarla oyun oynayır və onlar da görür ki, manevr eləmək imkanı yalnız Rusiya tərəfdi. Batırlar, batanda da görürlər ki, bir dənə yol Rusiyadır, Rusiya nəsə eləyə bilər. Bunu Ermənistan da görür, Qarabağdakı ermənilər də görür ki, onlar çalışırlar. Əslində Rusiya da nəsə etməyə çalışardı,  Rusiya da maraqlıdı, lakin biz buna imkan vermirik. Hazırda da, yenə deyirəm, bu dövrün ən önəmli addımlarından biri Laçın yolunda biz sərhəd-buraxılış məntəqəsini yaratmağımız oldu ki,  artıq ora kim istəyir getsin, Rusiya ora nə istəyir dartsın, aparsın, artıq bu məsələ bizlikdi. Çünki Rusiya da o yoldan istiifadə edərək məqsədlərinə çatmağa çalışır. O əvvəlki dövr idi. Amma proses çox uğurla gedir. Hər dəfə Azərbaycan Prezidenti də onlara mesajlar verir. Sonuncu “Qoşulmama Həərəkatı”nın toplantısında çox incə bir xətt getdi, ondan əvvəl Laçında getdi. Yəni mesajlar açıq-aydın göstərir ki, vəziyyət belədir. Mən deyərdim onlar artıq başlayıblar. Bildiyiniz kimi, artıq Fövqəladə Hallar Nazirliyi ilə Daxili İşlər Nazirliyini birləşdirdilər. Bir azdan sonra bunların hamısını ləğv edəcəklər. Yavaş-yavaş o proses gedir. Çünki onların başqa yolu yoxdu.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər