Bu fikirləri İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi dekabrın 7-də keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı səsləndirib.
Ərşad Əl-Salihi vurğulayıb ki, Azərbaycan qısa müddət əvvəl Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib. “Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Türkmən eli hər zaman Türkiyəyə və Azərbaycana arxalanır. Hesab edirəm ki, İraq Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunmalıdır. Bizim ortaq dəyərlərimizin ən gözəl nümunələrindən biri Füzulidir. Onun qələmi yalnız Türkmən elinə deyil, bütün İslam dünyasına işıq saçıb”, - deyə o əlavə edib. (AZƏRTAC)