22.11.2024, 09:08
AZ EN
18.05.2024, 13:50 200

Türkiyəli jurnalist: Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur

XƏBƏRLƏR
  • Fransa sadəcə Yeni Kaledoniyanı deyil, bir sıra bölgələri 200 ildir müstəmləkə vəziyyətinə salıb.

Bunu Parisdə fəaliyyət göstərən türkiyəli jurnalist Ömər Aydın deyib.

O qeyd edib ki, Yeni Kaledoniyanın yerli camaatı uzun illərdir müstəqillik üçün mübarizə aparır və bu yeni bir hadisə deyil:

“Azərbaycan, sadəcə Yeni Kaledoniyanın müstəqillik mübarizəsini dəstəkləyir. Ona görə də Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur. Fransa daxili işlər nazirinin Azərbaycan əleyhinə səsləndirdiyi ittihamlar isə yersiz və əsassızdır”.

Həmsöhbətimiz bildirib ki, Fransa azlıqlar, müxtəlif topluluqlarla bağlı demokratiya bəhanəsi ilə dünyanın hər yerində tədbirlər, konfranslar təşkil edir:

“Fransa bir çox ölkələrdəki qeyri-hökumət təşkilatlarına maddi və mənəvi dəstək göstərir. Bu fonda Azərbaycanın da Yeni Kaledoniyadan gələn bir nümayəndəyə qapı açması olduqca normal bir hadisədir. Fransa DİN başçısının Azərbaycan əleyhinə verdiyi müsahibə Yeni Kaledoniyadakı demokratiya və azadlıq hərəkətlərini boğma cəhdi olaraq dəyərləndirilə bilər. Fransa başqa ölkələrdə bu kimi tədbirlər keçirə bilirsə, Azərbaycan da belə bir tədbir təşkil edə və Yeni Kaledoniyanın müstəqillik hərəkətlərinə dəstək göstərə bilər”.

Müsahib bildirib ki, Azərbaycan müstəqil ölkə olaraq istədiyi toplumlarla beynəlxalq hüquq çərçivəsində münasibət qura bilər:

“Fransada Azərbaycana qarşı erməni lobbisi fəaliyyət göstərir. Bu lobbi Azərbaycan və Ermənistan münasibətlərinin düzəlməsini istəmir. Fransa Azərbaycanla münasibətləri gərginləşdirmək niyyəti ilə Ermənistana necə dəstək göstərə bilirsə, Azərbaycan da müstəqil ölkə olaraq başqa bir topluluğa dəstək göstərə bilər. Azərbaycan istədiyi toplumlarla beynəlxalq hüquq çərçivəsində münasibət qura bilər”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR