16.04.2025, 03:02
AZ EN
03.05.2024, 15:08 353

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

XƏBƏRLƏR
  • Azərbaycan çox böyük tarixə malikdir. Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir.

Bu sözləri Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

Azərbaycana ikinci dəfə səfər etdiyini söyləyən Reymond Bondin Qarabağda mədəni irsə dəymiş ziyanı görərkən çox sarsıldığını qeyd edib. “Mən yazılarımda maltalıları burada baş verən hadisələr barədə məlumatlandırıram. Çünki Maltada bu haqda çox az bilirlər", - deyə Komissiyanın sədri bildirib.

Onun sözlərinə görə, qonşu dövlətin digər ölkənin mədəni irsinə bu qədər qəddarcasına yanaşması çox anlaşılmazdır. (AZƏRTAC)

Oxşar xəbərlər