Mədəni və humanitar sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə edilib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial nəzərdən keçirilib, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə 2024-cü ildə Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi, dövrümüzün aktual məsələsi sayılan ətraf mühitin qorunması kimi problemlərin həlli istiqamətində mühüm platforma rolunu oynayan COP29-da Rusiya Federasiyasının iştirakı və pavilyonla təmsil olunması müzakirə edilib. (Report)