20.10.2024, 05:34
AZ EN
22.07.2022, 16:40 279

Baş katib: "Beynəlxalq forum Azərbaycan mediasının müasirləşməsinin örnəyidir"

XƏBƏRLƏR
  • "Hesab edirəm ki, bu möhtəşəm tədbirdir. Forumun gündəliyinə daxil edilən mövzuların müzakirəsi Azərbaycan mediası üçün çox önəmlidir".

Bunu Şuşada keçirilən Beynəlxalq Media Forumunun iştirakçısı - Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Gibou bildirib.

"Mediada plüralizmin, azadlığın təmin olunması, etik qaydalara əməl edilməsi, rəqəmsal medianın inkişafını müzakirə etmək, bunlarla bağlı fikir mübadiləsi aparmaq son dərəcə əhəmiyyətlidir. Zənnimcə, bu tədbir Azərbaycan mediasının müasirləşməsinin örnəyidir", - o əlavə edib. (Report)

 

Oxşar xəbərlər