19.10.2024, 15:32
AZ EN
22.07.2022, 16:20 264

David Lordkipanidze: Qarabağda tarixi ədalət bərpa olunub

XƏBƏRLƏR
  • Azərbaycan dövləti Qarabağda tarixi ədaləti bərpa edib. Hazırda Qarabağda sürətli bərpa işləri həyata keçirilir.

Bu sözləri Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş konfransda söyləyib.

O deyib: “İnanırıq ki, tezliklə Qarabağ əvvəlki simasını bərpa edəcək. Azərbaycanın və Gürcüstanın elm adamları bu ərazilərdə tarixi araşdırma aparacaqlar”.

D.Lordkipanidze Azərbaycan və gürcü alimlərin apardığı elmi araşdırmaların dünya ictimaiyyətinə çatdırılması üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər