Bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Şuşada keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib.
İ.Səttarov vurğulayıb ki, cəmi iki il əvvəl Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada kimlərsə özlərinin milli, mənəvi və dini ideyalarını təbliğ edir, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirirdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilən Şuşa ədalətin bərpa olunacağının rəmzidir. (AZƏRTAC)