23.12.2024, 19:35
AZ EN
15.04.2024, 12:04 307

Tokayev: Azərbaycan-Ermənistan danışıqları üçün platforma təklif etməyə hazırıq

XƏBƏRLƏR
  • "Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır".

Bunu İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Qazaxıstan mümkün qədər çox kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Bizim əsas məqsədimiz dost ölkələrimiz bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır", - deyə Prezident Tokayev vurğulayıb. (APA)

Oxşar xəbərlər