22.12.2024, 13:31
AZ EN
09.12.2022, 16:54 207

Memarlar İttifaqının sədri Qarabağda salınacaq şəhərlərlə bağlı təkliflərini açıqlayıb

XƏBƏRLƏR
  • Azad olunmuş ərazilərin Baş planlarının müzakirəsi Memarlar İttifaqının iştirakı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparılır.

Bunu ittifaqın sədri Elbay Qasımzadə deyib.

O bildirib ki, yeni şəhərlər müasir görkəmdə olmalı, müasir tələblərə cavab verməlidir.

"Əgər həmin ərazilərdə nəsə salamat qalsayda yeni şəhəri ona uyğunlaşdırmaq olardı. Amma heç nə qalmayıb, ermənilər hər şeyi yerlə-yeksan ediblər. Buna görə məhv olmuş şəhərin yerində yeni salınacaq şəhərlər elə olmalıdır ki, Azərbaycanın iqtisadi gücünü göstərsin", - Memarlar İttifaqının sədri vurğulayıb. (Report)

Oxşar xəbərlər