"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, , günün ikinci yarısında keçiriləcək iclasın gündəliyinə parlamentin “Ermənistan” və “Şərəfim var” fraksiyalarının təklifləri də daxil edilib. Müzakirələrə baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da dəvət edilib. Hər iki şəxsin iclasda iştirak edəcəyi razılaşdırılıb.
Müxalifət görüşü açıq, hakimiyyət qapalı rejimdə keçirmək niyyətindədir. Ermənistan parlamentində təmsil olunan müxalif deputatlar Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin səsvermə yolu ilə həllinin tərəfdarı kimi çıxış edirlər.
Elxan SALAHOV