Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.
Tedros Adhanom Qebreyesus bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı COP28-in tam bir gününü ilk dəfə olaraq səhiyyəyə həsr etmişdir. Həmçinin Azərbaycanın sədrliyi ilə COP29-un gündəliyində də səhiyyənin mühüm yerdə qalmasını səmimiyyətlə arzulayıram. Uzun illər Ümumdünya Səhiyyə Təşkilatına və onun məramına dəstək vermiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirirəm”. (AZƏRTAC)