22.11.2024, 04:08
AZ EN
05.04.2024, 21:55 290

Lvovda Ukrayna-Azərbaycan dostluğu şərəfinə poçt markasının təntənəli şəkildə möhürlənməsi mərasimi keçirilib

XƏBƏRLƏR
  • Ukrayna-Azərbaycan dostluğu şərəfinə Lvovda "Güclülər birlikdə" seriyasından buraxılan poçt markasının təntənəli şəkildə möhürlənməsi mərasimi keçirilib. Poçt markaları seriyası müharibə zamanı Ukraynaya kömək edən ölkələrə həsr olunub.

Markanın möhürlənməsi mərasimində "Ukrpoçta" Səhmdar Cəmiyyətinin qərb regionunun biznesinin inkişafı üzrə direktoru Yevgeni Savçuk, "Zapadnadraservis" Şirkətlər Qrupunun baş direktoru Stepan Kozitski, ictimai xadim Yuri Kotik və Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev iştirak ediblər.

"Ukrayna ilə Azərbaycan arasında, o cümlədən Lvovla Azərbaycan arasında ənənəvi dostluğun təcəssümü olan bu markanın möhürlənməsi mərasimində iştirak etmək bizim üçün böyük şərəfdir", – deyə Seymur Mərdəliyev bildirib.

Stepan Kozitskinin sözlərinə görə, marka iki ölkə arasında əməkdaşlığın simvolu olacaq. O, Azərbaycan səfiri ilə birlikdə markanı möhürləməyi şərəf hesab etdiyini bildirərək, bu tədbirin iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcəyinə əminliyini vurğulayıb.

"Marka Ukrayna ilə Azərbaycanın həm biznes, həm də mədəniyyət sahəsində gələcək əməkdaşlığını simvollaşdırır", – deyə Stepan Kozitski əlavə edib.

“Marka cəmi min nüsxə çap olunub. Marka Ukraynanın tərəfdaşlarına hədiyyə kimi və minnətdarlıq əlaməti olaraq təqdim ediləcək", - deyə “Ukrpoçta" SC-nin Qərb bölgəsinin biznesinin inkişafı üzrə direktoru Yevgeni Savçuk bildirib.

"Bu marka Ukrayna və bizi çox dəstəkləyən, humanitar yardım göstərən Azərbaycan arasında dostluq münasibətlərinə həsr olunub”, – deyə Yevgeni Savçuk vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR