23.12.2024, 22:37
AZ EN
26.12.2022, 14:04 376

Məşhur Məmmədov: “Bu qayıdış hər bir azərbaycanlının arzusu və məramıdır”

XƏBƏRLƏR

“Qərbi Azərbaycana qayıdış xalqımızın erməni  faşizmi üzərində növbəti zəfəri olacaq”. Bunu  Milli Məclisin deputatı Məşhur Məmmədov açıqlamasında deyib. O, bildirib ki,  Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlər, bütün cəmiyyət tərəfindən məmnunluqla qarşılanıb: “Prezident İlham Əliyev bir qrup ziyalı ilə görüşündə  Qərbi Azərbaycana qayıdışın zəruriliyini qeyd edib, bunun üçün bütün imkanlar və vasitələrdən maksimum istifadə etməyin  vacibliyinə toxunub. Dövlət başçısı onu da bildirib ki,  qayıdış sülh yolu ilə həyata keçiriləcək. Tarixi ədaləti sülh yolu ilə bərpa etmək cəhdi Azərbaycanın humanist və  sülhpərvər dövlət olduğunu göstərir. Bu, eyni zamanda xalqımızın nəyin bahasına olursa-olsun, öz haqqını qorumaqda israrlı olduğunu sübut edir.

Deputat daha sonra əlavə edib ki, Qərbi Azərbaycana qayıdış, oradakı tarixi-mədəni irsin bərpası xalqımızın və dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Bu qayıdış hər bir azərbaycanlının arzusu və məramıdır. İnanıram ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala 44 gündəcə son qoyan Azərbaycan xalqı bu problemin də həllinə nail olacaq, Qərbi Azərbaycan yenidən əsl sahiblərinə qucaq açacaq: “Təbii, bu mübarizədə siyasi əqidəsindən, sosial statusundan, harada yaşamasından asılı olmayaraq, sadəcə ölkəmizdə deyil, dünyadakı bütün  azərbaycanlılar aktiv olmalı, bu böyük və müqəddəs mübarizəyə öz töhfələrini verməlidir. Yalnız birliyimiz, həmrəyliyimiz sayəsində biz bu məqsədə nail ola, pozulan hüquqlarımızı bərpa edə bilərik”-, deyə millət vəkili bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər