22.11.2024, 21:47
AZ EN
13.03.2024, 08:17 287

Fransa törətdiyi soyqırımları ört-basdır edir: faktlar isə Parisin əleyhinə işləyir

XƏBƏRLƏR
  • Bu kadrlar əsrlərdir terroru və soyqırımı siyasəti seçən Fransanın cinayət əməllərinin faktları və sübutlarıdır. Bəşəriyyət, ələlxüsusda bu cinayətlərin qurbanı olan xalqlar illərdir Parisdən üzrxahlıq gözləyir. Makron və ölkəsi isə törətdiklərindən nəyin ki, utanmır, əksinə  yeni qurban axtarışındadır.

Bu gün Fransanın Tunisi işğal etməsindən 143 il ötür. Tunis 75 il müstəqillik uğrunda mübarizə apardıqdan,  çoxsaylı qurbanlar verdikdən sonra  azadlığına qovuşub. Amma  Fransa Tunisin suverenliyinə  hörmət etməyərək, bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamaq üçün yenə də qanlar tökür. Xalqın Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətillərlə cavab verib. Ölkənin Qırmızı Xaç Cəmiyyəti təkcə bu qətillər zamanı 5000-ə yaxın  tunislinin öldürüldüyünü qeydə alıb.

“Tunis xalqının formalaşdırdığı, irəli sürdüyü  liderlər Həmid Burkibaki kimi Fransanın işğalçılıq siyasətinə, Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan Tunis xalqını öz arxasınca aparan çox önəmli şəxslər olmuşdur. Fransa həmin o şəxslərə, həmin o Tunisin müstəqilliyi uğrunda mübarizə aparan şəxslərə öz hörmətsizliyini davam etdirib, həmin o şəxslərin irsinə qarşı Tunis xalqının müstəqillik əzminə qarşı, hərəkatına qarşı hələ də biz  Fransanın bu siyasətinin  elementlərini görürük”. Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev Az.TV-Xəbərə açıqlamasında səsləndirib.

Fransanın müstəmləkə siaysətinin izləri bu gün Afrika qitəsinin hər yerində mövcuddur. Qitənin 35 faizi 300 ildir ki, Franasanın əsarətində qalıb. Uzun illər keçsə də bəşəriyyət və təbiət hələ də Fransanın işğal yolu ilə ələ keçirdiyi ərazilərdə istifadə etdiyi qadağan olunmuş kimyəvi silahların, zəhərli qazların təhlükəli nəticələrindən əziyyət çəkir.

Bu gün də Fransanın müstəmləkə zülmündən əziyyət çəkən işğalçılıq siyasətinin və cinayətlərinin qurbanı olan xalqlar var ki, onlar da dünyadan ədalət tələb edirlər. Törədilmiş soyqırımı cinayətləri dünyaya demokratiya dərsi keçməyə çalışan Makronun, ümumilikdə Fransanın siyasi tarixindən silinməsi mümkün olmayan qara ləkədir. Rəsmi paris unudur ki,  bu gün də olmasa, nə vaxtsa  bəşəriyyət və ədalət qarşısında utanc əməllərinə görə cavab verəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər