21.09.2024, 09:33
AZ EN
12.03.2024, 10:16 399

Ermənilər Azərbaycan, Türkiyə və Rusiyanı özlərinə təhlükə sayır

XƏBƏRLƏR
  • Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda sorğu keçirib.

"Vətən səsi" xəbər verir ki, respondentlərdən Ermənistan üçün ən böyük siyasi təhlükənin hansı ölkələrdən gəldiyi soruşulub. Sorğunun nəticələrində ilk iki yeri Azərbaycan və Türkiyə, üçüncü yeri isə Rusiya tutub. Ermənilərin 40 faizi Rusiyanı ölkələri üçün təhlükə hesab edir. Respondentlərin 5 faizi Ukraynanı, 5 faizi ABŞ-nin təhlükə olduğunu bildirib.

Yeri gəlmişkən, əvvəlki sorğularda da ilk iki yerin sahibi dəyişməyib. Belə ki, bundan əvvəl keçirilən rəy sorğusunda da Ermənistan vətəndaşları Türkiyə və Azərbaycanı özlərinə təhlükə saymışdılar.

Beynəlxalq Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi rəy sorğusunun daha bir maraqlı nəticəsi var. Məlum olub ki, ölkə əhalisinin 60 faizi indi heç bir siyasətçiyə güvənmir. Nikol Paşinyanın reytinqi isə cəmi 17 faizdir. Keçmiş prezident Robert Köçaryana gəlincə, sorğuda iştirak edənlərin cəmi 2 faizi ona inandığını qeyd edib.

Ermənistanla ABŞ arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirilməsinə gəlincə, bu nisbət müvafiq olaraq 89 faiz və 87 faiz yaxşı hesab edilir. Rusiya ilə münasibətlər isə sorğuda iştirak edən ermənilərin fikrincə, 31 faiz yaxşı, 66 faiz pisdir.

Ümumilikdə bu sorğunun nəticələri Ermənistan cəmiyyətindəki mövcud əhval-ruhiyyəni xeyli dərəcədə obyektiv göstərir və məhz buna görə xeyli marağa səbəb olub. Ekspertlər sorğunun nəticələrini Ermənistanın bir dövlət olaraq yanlış siyasətə sürükləndiyini, qonşuları və beynəlxalq ictimaiyyət arasında inamsız və etibarsız imic qazandığının sübutu kimi də dəyərləndirirlər.

Elxan SALAHOV

Oxşar xəbərlər