07.06.2025, 23:09
AZ EN
05.09.2023, 17:46 192

Aİ-nin Ermənistandakı missiyası sərhəddəki gərginliklə bağlı Brüsseli məlumatlandırıb

XƏBƏRLƏR
  • Son bir neçə gündə Aİ-nin Monitorinq Missiyası Azərbaycan-Ermənistan sərhəd bölgələrində artan gərginliyin və sərhədlərarası atəşkəsin pozulmasını narahatlıqla izləyib. Vəziyyətlə bağlı Brüssel məlumatlandırılıb.

Bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyası “X” sosial şəbəkə hesabında (keçmiş Twitter) paylaşım edib.

“Patrullarımız hərbi və təhlükəsizlik sahəsindəki son vəziyyət barədə Aİ-yə məlumat vermək üçün sərhəd bölgələrini və qarşıdurma xətlərini əhatə edir”, məlumatda deyilir. (APA)

Oxşar xəbərlər