29.03.2024, 12:22
AZ EN
02.11.2022, 10:45 416

Zəngəzur dəhlizi istiqamətində işlər uğurla həyata keçirilir

XƏBƏRLƏR

Rəsmi İrəvan çətin relyefli ərazilərdə Zəngəzur dəhlizinə alternativ axtarışında var-gəl etsə də, Azərbaycan qarşı tərəfin heç bir ziddiyyətli açıqlamasına fikir vermədən  Zəngəzur dəhlizi istiqamətində  intensiv işlər aparır.

Hazırda dəhlizin ən mühüm dəmir yolu körpüsü inşa edilir. Zəngəzur dəhlizinin ən son proseslər gedən hissəsində Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsünün, necə deyərlər, zərgər dəqiqliyi nəzərə alınaraq tikinti işləri davam etdirilir.

Tikinti işlərinin daha rahat həyata keçirilməsi üçün Həkəri çayının məcrası digər tərəf üzrə istiqaməti dəyişdirilib. Hazırda burada intensiv işlər görülür. Bütün təhlükəsizlik tədbirlərinə əməl olunur. Proseslərə həm canlı qüvvə, həm də texnika cəlb edilib. Yaxın zamanda burada Zəngəzur dəhlizinin ən böyük dəmir yolu körpüsü Azərbaycanın daha bir uğurlu layihəsinin həyata keçirilməsindən xəbər verəcək. Uzunluğu 4 yüz, eni isə 6 metrdən çox olacaq körpü yerdən təxminən 10 metrə qədər hündürlükdə yerləşəcək. Hazırda körpünün dayaqları yerləşdirilir. Tikinti başa çatdıqdan sonra Həkəri çayı öz məcrasına qaytarılacaq. Körpü üçün əsas olan dayaqlardır. Buna görə də onun yerləşdirilməsi zamanı hər milli metr dəqiqliyi ilə hesablanır və işlər bu hesablara uyğun aparılır.  Ümumilikdə 13 aşırımlı körpü 14 dayaqdan ibarət olacaq.  Bu arada torpağın da düzləşdirilməsi həyata keçirilir. Torpaq çaya doldurulur. Tirlərin quraşdırılması da dəqiqliklə həyata keçirilir. Hər tir isə 54 ton ağırlığındadır.

Azərbaycan bu istiqamətdə əməli addımlar atarkən rəsmi İrəvan isə həmişə olduğu kimi, yenə də öz vədinə əməl etməkdən yayınır. Nikol Paşinyan son açqlamasında Zəngəzur dəhlizi əvəzinə çətin relyefli ərazilərdən keçərək Naxçıvana birləşəcək yol təklif etsə də, əlimizdə hələ 30 il əvvəl istifadə olunan və daha qısa yol var ikən digərləri nəyə gərəkdir.

Onu da xatırladaq ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisi Ağbənddə keçmiş sovet ittifaqı dövründə dəmir yolu var idi. Qabaqlar təxminən 3 kilometr arxada olan sərhəddən keçərək tarixi torpaqlarımız olan Zəngəzura, ordan isə Naxçıvana çatırdı.

Düşmən nə qədər məkrli niyyətdə olsa da yenə bu yolla həmin ünvanlara qatarlar işləyəcək...

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər