07.09.2025, 20:05
AZ EN
02.09.2025, 17:44 107

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı yeni açıqlama

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media hesabında Zəngəzur dəhlizi barədə yeni açıqlama yayıb.

"Vətən səsi" xəbər verir ki, Ermənistan lideri paylaşımında Zəngəzur dəhlizi ilə bağlı yerli radiolardan birində gedən söhbətə istinad edib: “Erməni radiosuna sual verilir: “Ermənistan hökumətinin Azərbaycana birtərəfli üstünlüklər gətirən “Böyük Turan” layihəsinin həyata keçirilməsi çərçivəsində Zəngəzur ekstraterritorial dəhlizini verməsi doğrudurmu? Erməni radiosu cavab verir: “Düzdür, amma “Böyük Turan” yox, “Sülh qovşağı” layihəsi çərçivəsində, Zəngəzur yox, “Tramp marşrutu” çərçivəsində, ekstraterritorial dəhliz yox, ərazi bütövlüyü, yurisdiksiya, suverenlik və sərhədlərinin toxunulmazlığı çərçivəsində yol, birtərəfli üstünlük yox, qarşılıqlı olaraq”.

Yeri gəlmişkən, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. O, avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Zəngəzur məsələsində də razılıq əldə edildiyini söyləyib. Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqosun da iştirak etdiyi görüşdə bildirilib ki, Vaşinqtondakı danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalar müzakirə olunub.

Elxan SALAHOV

Oxşar xəbərlər