Bunu Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
O bildirib ki, Prezident İlham Əliyev avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib və doğma yurdlarına köçürülən sakinlərlə səmimi söhbət aparıb. Otuz il işğal altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Hər zaman olduğu kimi, bu gün də xalq öz Prezidentinin, liderinin ətrafında birləşərək işğaldan azad olunmuş bütün ərazilərimizi yenidən qurur, bərpa edir. Sakinlər üçün hər cür şərait yaradılıb. Burada inşa edilən məktəblər, xəstəxanalar, sosial obyektlər, müasir, dünya standartlarına uyğun tikilib.
“Azərbaycan xalqı qurub yaradan zəhmətkeş xalqdır. Bu gün biz Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Əslində Fransa Prezidenti Emmanuel Makron və digərləri bütün bunları görür və anlayırlar. Sadəcə onlar öz neokolonializm siyasətlərindən əl çəkə bilmirlər. Onlar bu regionda liderlik etmək niyyətindədirlər. Bu “siyasətçilərin” arzuları heç vaxt reallaşmayacaq, üzü qara geri dönəcəklər. Çünki Cənubi Qafqazda İlham Əliyev kimi lider, şəxsiyyət var”, - deyə K.Əliyeva vurğulayıb. (AZƏRTAC)