"Vətən səsi" xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks Avropa Birliyinə belə bir çağırış edib. O, özünün X səhifəsində bununla bağlı paylaşımında yazır: "Ermənistanın Rusiyaya ixracı (qara bazar) kütləvi şəkildə artıb. Bu artım demək olar ki, tamamilə Çindən (qırmızı rəng) və Avropa Birliyindən (mavi rəng) Rusiyaya malların təkrar ixracına aiddir. Avropa Birliyi Çin malları ilə bağlı çox şey edə bilməz, lakin o, şübhəsiz ki, Avropanın Ermənistana ixracatının qarşısını ala bilər. Buna son qoyulmalıdır”.
Xatırladaq ki, həm də Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruksun bununla bağlı ilk açıqlaması hələ fevral ayında olmuşdu. O, fevralın əvvəlində "X" sosial şəbəkəsində "Ermənistan gömrük polisinin uzun və şanlı tarixində Avropa İttifaqından bu qədər böyük yükdaşıma axını qeydə alınmayıb, hələ bütün bunların qablaşdırılaraq Moskvaya göndərilməsini demirəm" yazmışdı.
Elxan SALAHOV