05.02.2025, 20:04
AZ EN
23.01.2023, 09:46 290

Qayıdış Konsepsiyası layihəsi ilə bağlı Qərbi Azərbaycan İcmasına çox sayda təklif göndərilib

XƏBƏRLƏR
  • Qayıdış Konsepsiyası layihəsi ilə bağlı Qərbi Azərbaycan İcmasının təqdim etdiyi e-mail ünvana çox sayda təkliflər göndərilib.

Bunu İcmanın mətbuat katibi Ülviyyə Zülfiqar bildirib.

İcma tərəfindən ictimaiyyətdən təkliflərin qəbul olunması üçün xüsusi e-mail ünvan yaradılaraq yanvarın 21-i saat 18:00-dək təkliflərin qəbul olunacağı bildirilmişdi.

Mətbuat katibi bildirib ki, e-mail ünvana gələn təkliflər alimlər, mütəxəssislər, ictimaiyyət nümayəndələri və xarici ekspertlər tərəfindən göndərilib. “Təkliflərin hər biri qeydə alınıb. Aralarında işimizə çox faydalı olacaq fikirlərin yer aldığı təkliflər var ki, bunun da Konsepsiya layihəsinin hazırlanması prosesində çox yararlı olacağını düşünürük. Bundan başqa, İcmada artıq bir neçə dəfə Qayıdış Konsepsiyası layihəsinə təkliflərlə bağlı idarə heyəti, ziyalılar, elm adamları ilə görüşlər keçirilərək dinləmələr aparılıb. Konsepsiya qəbul edildikdən sonra İcma fəaliyyətini bu sənəd üzərindən quraraq işinə davam edəcək",-deyə icmanın sözçüsü vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər