17.12.2024, 01:41
AZ EN
22.12.2023, 20:50 201

Çinlə əməkdaşlığın genişlənməsi Azərbaycana düşmən gözü ilə baxan Fransa və Hindistan kimi dövlətlərə bir mesajdır

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin yürütdüyü uğurlu beynəlxalq siyasəti Azərbaycanın dünyanın ən böyük iqtisadiyyatı olan ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına yol açıb. Çin dövləti dünyada iqtisadi və hərbi gücünə görə öz çəkisi olan ölkədir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə şəxsi dostluq münasibətlərinin möhkəm olması ölkələrimiz arası strateji əlaqələrin inkişafını da yeni mərhələyə çıxarıb.

Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

"Si Cinpinin Prezident İlham Əliyevi təbrik etməsi və təbrik məktunuda Azərbaycanla münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün birgə səyləri davam etdirməyə hazır olduğunu bildirməsi ölkəmizə göstərilən böyük hörmətdən irəli gəlir.

Dövlət başçımız Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsinə qoşularaq tarixi İpək Yolunun bərpa edilməsində həll edici rol oynayıb.

Bu gün Azərbaycan Çin Xalq Respublikasında ticarət evlərini açır və ikitərəfli əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə töhfə verir. Çin dövlət başçısı Prezident İlham Əliyevin bu təşəbbüslərini yüksək dəyərləndirir və ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirir. Azərbaycan dünya xəritəsində ərazisinə və əhalisinə görə o qədər böyük ölkə olmasa da, beynəlxalq əməkdaşlıqda qurduğu münasibətlərinə və dünya siyasətinə verdiyi töhfələrinə görə nəhənglərin arasında nəhəng olmağını bacarıb. Bu uğurlara Prezident İlham Əliyevin liderliyi sayəsində nail ola bilmişik və gələcəkdə də bizi böyük nailiyyətlər gözləyir", - o qeyd edib.

Deputatın sözlərinə görə, ölkəmizin Çin Xalq Respublikası kimi dünya nəhəngi ilə dostluq və əməkdaşlığının genişlənməsi Azərbaycana düşmən gözü ilə baxan Fransa və Hindistan kimi dövlətlərə də bir mesajdır:

"Onlar da bilməlidrlər ki, Cənubi Qafqaz regionunda qitələri birləşdirən və dünya gücləri ilə dostluq və qardaşlıq münasbətlərini gündən-günə möhkəmləndirən Azərbaycan var. Mən inanıram ki, ölkəmizə düşmən gözü ilə baxan ölkələr də yaxın gələcəkdə öz baxışlarını dəyişəcəklər. Çünki Azərbaycan ancaq sülh və əməkdaşlıq məkanıdır". (Trend)

Oxşar xəbərlər