Toplantıda Macar-Turan Vəqfinin sədri Andras Biro Zsolt, Macarıstan parlamentinin vitse-spikeri, bu qurultayın əsas hamisi kimi tanınan Sandor Lezak, Bugac bələdiyyə sədri Szabo Laszlo, Vəqfin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, Macar-Turan Vəqfi Macarıstanda fəaliyyət göstərən nüfuzlu bir ictimai təşkilatdır. Təşkilatın həyata keçirdiyi ən böyük layihə Turan Qurultayıdır.
Toplantıda “Atəşkəs” filmi nümayiş edilib. Filmin nümayişindən əvvəl Xocalı soyqırımının qurbanlarının və Qarabağ müharibəsində şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İllik toplantıda qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb. (AZERTAC)