11.10.2025, 00:30
AZ EN
27.09.2025, 14:51 141

Türkiyə Prezidenti: Qarabağ əbədi olaraq Azərbaycandır!

XƏBƏRLƏR
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib.

Türkiyə lideri sosial şəbəkədə 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

“Dost və qardaş Azərbaycanda qeyd olunan Anım Günündə şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm, Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin azad edilməsi yolunda qəhrəmanlıq nümunəsi göstərmiş qazilərə minnətdarlığımı bildirirəm. Qarabağ əbədi olaraq Azərbaycandır!”, - deyə Türkiyə Prezidentinin paylaşımında vurğulanıb. (AZƏRTAC)

Oxşar xəbərlər