19.10.2024, 21:24
AZ EN
21.02.2024, 16:06 238

Revanşist separatçıların Köçəryan və Sərkisyanla gizlidanışıqları üzə çıxdı

XƏBƏRLƏR

Ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Qarabağı tərk etmiş separatçılar revanşist əhval-ruhiyyəli hərəkətlərindən əl çəkmək niyyətində deyillər. Ləğv olunmuş qondarma rejimi dirçəltmək üçün dəridən-qabıqdan çıxan separatçılar Azərbayacana qarşı yeni xəxribatçı planlar üzərində işləməyə başlayıb.

"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, keçmiş separatçı rejimin revanşist əhval-ruhiyyəli ünsürləri İrəvanda gizli toplantılar keçirirlər. Onlar hətta özlərinə tərəfdar toplamaq üçün "Qarababağ klanı"nın keçmiş liderləri, Ermənistanın sabiq prezidenləri Robert Köçəryan və Serjik Sərkisyana da elçi göndəririlər. Ermənistanın “Hraparak” qəzetinin yaydığı məlumata görə, separatçılar İrəvandakı müxtəlif ictimai-siyasi strukturlar və partiyalarla da fəal müzakirələr aparırlar. Qeyd olunur ki, prosesə özünü “parlament sədri” kimi tanıdan separatçı Qaqik Baqunts rəhbərlik edir.

Separatçı ünsürlər Ermənistanın sabiq prezidentləri, hərbi cinayətkarlar Robert Köçəryan və Serjik Sərkisyanın rəhbərlik etdiyi parlament fraksiyalarının nümayəndələri ilə də ayrı-ayrılıqda görüşürlər. Söhbət “Ermənistan” və “Şərəfim Var” fraksiyalarından gedir. Təsadüfi deyil ki, İrəvanda keçirilən son belə bir toplantıda “Şərəfim Var” bütün heyəti, “Ermənistan” fraksiyası isə təmsilçi formatında iştirak edib. İştirakçılar arasında sabiq müdafiə naziri və “Ermənistan” fraksiyasının üzvü Seyran Ohanyan da olub.

Yayılan məlumatlarda revanşistlərin keçmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanla da görüşdüyü deyilir.

Yeri gəlmişkən, Ermənistanın sabiq prezidenti Serjik Sarkisyan özünü buraxmış qondarma “Artsax”ın sonuncu rəhbəri ilə əlaqələri hələ ötən ilin sentyabrında Qarabağda keçirilən aniterror tədbirlərindən sonra intensivləşdirmişdi. Ancaq Ermənistanın beynəlxalq müstəvidə Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyaları nəticə vermədiyindən separatçılar və onların dəstəkçiləri də geri çəkilməyə məcbur olmuşdu. Son günlər isə proses yenidən qızışıb və revanşistlər yenidən nələrəsə ümid etməyə başlayıblar. Hətta yayılan məlumatlara görə, Samvel Şahramanyanla Ermənistanın keçmiş prezidenti arasında gizli görüş də keçirilib. Görüş təklifinin isə Serjik Sarkisyan tərəfindən gəldiyi deyilir.

Xatırladaq ki, Qarabağdan köçən ermənilər hazırda Ermənistanda ciddi narazı elektorat hesab olunur. Baş nazir Nikol Paşinyanı devirmək istəyən radikal müxalif qüvvələrin bu təbəqə ilə maraqlanması təsadüfi deyil. Paşinyan əleyhdarları iqtidar tərəfindən aldadılmış Qarabağ ermənilərinin dəstəyindən istifadə edərək, böyük anti-hakimiyyət koalisiyası yaratmağa hazırlaşırlar. Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serjik Sarkisyanın da təmsil olunacağı koalisiyanın İrəvanda sükutu pozmağa iddialı olduğu bildirilir. Odur ki, Ermənistanda küçə döyüşlərinin yenidən başlayacağı gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər