23.06.2025, 13:07
AZ EN
23.06.2025, 09:41 200

Paşinyandan “Zəngəzur dəhlizi” ilə bağlı çağırış

XƏBƏRLƏR
  • Ermənistanın Azərbaycanla sülh danışıqları prosesində irəli sürdüyü “Sülh kəsişməsi” layihəsi nəqliyyat marşrutların keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipi əsasında bütün regional kommunikasiyaların açılmasına yönəlib.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Türkiyəyə işgüzar səfəri çərçivəsində İstanbulda erməni icmasının nümayəndələri ilə görüşündə bildirib. O, “Zəngəzur dəhlizi” və ya “Turan dəhlizi” ilə bağlı çaxnaşma salmamağa, manipulyasiyalara boyun əyməməyə çağırıb: "Bizim məntiqimizi, hədəflərinin "Turan" olduğunu deyən, həyəcan təbili çalan ermənilərin məntiqini başa düşə bilmirəm. Amma gəlin başa düşək, nə istəyirlər. Onlar Ermənistanın ərazisindən keçmək istəyirlər? Yaxşı, keçsinlər. Bu pisdir? Biz özümüz bunu "Dünyanın kəsişməsi" layihəsi kimi təklif edirik. Bizə deyirlər ki, şimala, cənuba, şərqə getmək istəyirik. Biz də onlara deyirik ki, gedin. 21-ci əsrdə sərhədləri bağlı olan bir ölkə təsəvvür edirsiniz?”

Ermənistanın baş naziri bir daha bəyan edib ki, region ölkələrinin dünyaya çıxışını təmin edəcək kommunikasiyalar “Zəngəzur dəhlizi” yox, “Sülh yollarının kəsişməsi” adlandırılacaq. Onun sözlərinə görə, bu, marşrutların qarşılıqlı hörmət, suverenlik və ölkələrin yurisdiksiyası əsasında fəaliyyət göstərməsi deməkdir.

Paşinyan eyni zamanda erməni icmasını “Sülh yollarının kəsişməsi”nin açılacağı təqdirdə Azərbaycanın bunu “Zəngəzur dəhlizi”nin açılışı kimi şərh edəcəyinə hazır olmağa çağırıb.

Elxan SALAHOV

Oxşar xəbərlər