Bunu açıqlamasında hərbi ekspert Azər Bayramov bildirib.
O qeyd edib ki, bunun növbəti addımı “Laçın” sərhəd-keçid məntəqəsin qurulması oldu.
"Ola bilrə ki, həmin vaxtlar bunun mahiyyəti o qədər gözə çarpmırdı. Laçında sərhəd-keçid məntəqəsinə nəzarət bərpa edildikdən sonra Qarabağda olan separatçılara gələn hərbi yardım dayandı. Bu da separatçıların tam məğlubiyyətinə aparan yol oldu" - deyə hərbi ekspert əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib ki, 23 aprel hadisələri çox önəmli bir tarixdir. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik.
Aprelin 23-nə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara bunun (Qarabağın – red.) bizim torpağımız olduğunu nümayiş etdirdiyimizi, “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarının tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar olduğunu xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi”. (Trend)