Bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial media hesabında paylaşım edib.
"Azərbaycanda Bayraktar “Akıncı” anqarının açılışını və təslimat mərasimini keçirdik. Birliyimiz əbədi olsun", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, yeni inşa edilmiş anqar kompleksləri müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub. (Trend)