16.02.2026, 17:51
AZ EN
16.02.2026, 15:56 204

Berlində "Azərbaycan Kino Günləri" keçirilib

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin (ARKA), Azərbaycanın Almaniyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə Berlində "Azərbaycan Kino Günləri" keçirilib.

AMM-nin direktoru vəzifəsini icra edən İsa Məmmədov açılış mərasimində çıxış edərək tədbirin məqsədi, Azərbaycan kinosunun beynəlxalq məkanda tanıdılması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyəti barədə danışıb.

Xalq artisti Mehriban Zəki Azərbaycan kinosunun son illərdə qazandığı uğurlardan və müasir kino nümunələrinin beynəlxalq auditoriya ilə təmasının vacibliyindən bəhs edib.

Tədbir çərçivəsində “Zəfər rəqsi” qısametrajlı bədii filmi nümayiş olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər