22.11.2024, 23:16
AZ EN
08.02.2024, 17:12 270

Mixail Qaluzin: Rusiyanın vəzifəsi davamlı barışıq trayektoriyasına çıxmaqda Azərbaycan və Ermənistana kömək etməkdir

XƏBƏRLƏR
  • Rusiyanın vəzifəsi davamlı barışıq trayektoriyasına çıxmaqda və sülh şəraitində qarşılıqlı fəaliyyət göstərməkdə, regionda vəziyyətin dayanıqlı və sabit olması üçün etimad və əməkdaşlıq ab-havası yaratmaqda Azərbaycan və Ermənistana kömək etməkdir.

Bu barədə RF xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rossiya 24” telekanalına müsahibəsində bildirib. O vurğulayıb ki, tərəflər regional kommunikasiyaların açılmasında mühüm nəticələr əldə ediblər.

Diplomat deyib: “Dəmir yolu əlaqəsinin necə bərpa oluna biləcəyi ilə bağlı ortaq məxrəcə gəlinib, konkret olaraq, söhbət Azərbaycanın əsas hissəsi ilə Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanın tərkib hissəsi olan Naxçıvan arasında dəmir yolundan gedir”.

RF XİN-in başçısının müavini qeyd edib: “Sülh prosesinə, sülh sazişinin imzalanmasına gəldikdə, biz Ermənistan və Azərbaycana münasibətlərin normallaşdırılması üzrə bütün kompleks məsələlərin müzakirəsində fəal köməklik göstərməyə davam edirik. Biz sülh sazişi üzrə Ermənistan ilə Azərbaycan arasında danışıqlara öz platformamızı təqdim etməyə həmişə hazırıq. Ümidvarıq ki, İrəvanda başa düşəcəklər: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının ən etibarlı yolu regiondan kənar oyunçuların, ən başlıcası ABŞ və Avropa İttifaqının iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, Rusiyanın bu prosesdən çıxarılmasına, Cənubi Qafqazda formalaşan qüvvələr balansının pozulmasına və beləliklə, Rusiyanın qonşuluğunda daha bir qeyri-sabitlik ocağı yaradılmasına xidmət edən səyləri yox, məhz üçtərəfli razılaşmaların həyata keçirilməsidir”. (AZƏRTAC)

Oxşar xəbərlər