29.03.2024, 09:48
AZ EN
29.09.2022, 17:05 331

Beyin Mərkəzlərinin I Forumunun nümayəndələri Şuşada olublar

XƏBƏRLƏR
  • Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun çərçivəsində iştirak edən xarici nümayəndələr Şuşa şəhərinə səfər ediblər.

Qonaqlara Şuşadakı abidələr və qədim tikililər barədə məlumatlar verilib.

Bildirilib ki, şəhərdə 200-ə yaxın abidə var və hər biri bərpa olunur. Şəhər erməni işğalında olan zaman abidələrin və tarixi tikililərin böyük əksəriyyətinin vandalizmə məruz qalması qonaqların diqqətinə çatdırılıb.

Daha sonra qonaqlar Şuşa qalasına gediblər. Qonaqlara qalanın tarixi əhəmiyyəti barədə məlumat verilib. Üstəlik bu abidənin də işğal ərəfəsində vandalizmə məruz qaldığı da qeyd olunub.

Daha sonra qonaqlar Cıdır düzündə olublar. (APA)

Oxşar xəbərlər