Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclası başa çatıb
XƏBƏRLƏR
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
İclas iki ölkə arasındakı sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında baş tutub. (Report)