19.10.2024, 08:33
AZ EN
07.02.2024, 11:42 261

Xankəndidə səsverməni izləyən türkiyəli deputat: "Azərbaycanın seçiciləri çox qürurludur"

XƏBƏRLƏR
  • İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten Azərbaycan seçicilərinin çox duyğulu və qürurlu olduğunu bildirib.

O, bunu Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında deyib.

Deputat bildirib ki, seçkiləri izləməyə TÜRKPA heyətində Türkiyədən 8, Qazaxıstan və Qırğızıstan parlamentlərinin hər birindən 1 deputat Azərbaycana gəlib: "Bu, bizim üçün çox həyəcanlı və tarixi missiyadır. Çünki işğaldan azad edilmiş Qarabağ torpaqlarında ilk dəfə seçki keçirilir. Burada müşahidəçi olmaq da bizə qismət oldu".

Müşahidəçiliyə Şuşadan başladıqlarını deyən türkiyəli deputat vurğulayıb ki, daha sonra Xankəndiyə gələrək buradakı seçki prosesini izləməyə başlayıblar: "Ulu Öndər Heydər Əliyevin təbirincə biz "tək millət, iki dövlət" deyirdik. Bundan sonra türk birliyi olaraq, "tək millət, yeddi dövlət" olacağıq. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bütün türk dünyasının zəfəridir. Hazırda bunu da qeyd edirik. Azərbaycan seçiciləri də çox duyğulu və qürurludur. Bunu görmək xoşdur. Bu seçkilərin Azərbaycana və bütün türk dünyasına uğurlu olmasını diləyirəm". (Report)

Oxşar xəbərlər