19.10.2024, 10:33
AZ EN
18.09.2023, 18:30 209

Taleyi müəyyən edilmiş şəhidlərin dəfn mərasimləri yaxın zamanda təşkil olunacaq

XƏBƏRLƏR
  • “Bu gün taleyi müəyyən edilmiş və itkin düşmüş şəxs statusunu itirmiş eyniləşdirilməsi mümkün olmuş şəhidlərin dəfn mərasimləri qanunvericiliyin tələblərinə və dini adət-ənənələrimizə uyğun olaraq yaxın zamanda təşkil olunacaq”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, bununla bağlı şəhid ailələrinə əlavə məlumat veriləcəyini də bildirib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin adı açıqlanıb. Bunlardan 9 nəfəri hərbiçi, 1 nəfəri isə mülki şəxsdir: Tahirov Seyfulla Veytulla oğlu, Atamoğlanov Əbülfət Sabir oğlu, Hacıyev Təhsil Fikram oğlu, Əsədov Vüqar Habil oğlu, Babaşov Əhməd Tahir oğlu, Xələfov Cahangir Məmi oğlu, Nağıyev Cahid Şəfa oğlu, Məmmədov Elmar İnqilab oğlu, Qasımov Veysəl Qasım oğlu, Riad Əhmədov Fikrət oğlu (Report)

Oxşar xəbərlər