“Vətən səsi” xəbər verir ki, bunu “secki-2024.az” saytına açıqlamasında “Sivil Toplum” Monitorinq Koalisiyasının həmtəsisçisi Qorxmaz İbrahimli deyib.
O bildirib ki, seçki fəallığı olduqca yüksəkdir:
“Müşahidəçilərin qeydlərinə əsaslanaraq seçicilərin aktiv şəkildə səsvermə prosesində iştirak etdiyini bildirmək istərdim. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yaradılan seçki məntəqlərində kütləvilik qeydə alınır. Hazırkı vaxta qədər hər hansı bir qanun pozuntusu müşahidə olunmayıb”.
S.Süleymanova