Seçkidə 7 prezidentliyə namizəd mübarizə aparır. Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var.
Bildirək ki, xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Ən son rəqəmlərə əsasən, Azərbaycanda 6 milyon 478 min 623 seçici var.
Seçkiləri izləmək üçün 90 272 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Səsvermə prosesi saat 08:00-dan başlayır və 19:00-da bitir.
Azərbaycan Respublikası Prezidenti seçkilərində 119 seçki dairəsi üzrə 1 000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
S.Süleymanova