23.11.2024, 03:41
AZ EN
06.02.2024, 19:38 291

İqor Korotçenko: “Sabahkı seçkilər müstəsna əhəmiyyətə malikdir”

XƏBƏRLƏR
  • “Azərbaycanda sabah – fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəsna əhəmiyyətə malikdir”. 

“Vətən səsi” xəbər verir ki, bunu “Secki-2024.az” saytına açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, jurnalist və hərbi ekspert İqor Korotçenko qeyd edib.

“Faktiki olaraq, burada söhbət Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra hansı kursu tutacağı, dövlətin inkişaf prioritetlərinin nədən ibarət olacağı və Azərbaycan xalqının öz gələcəyini necə müəyyən edəcəyindən gedir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqının sabah edəcəyi seçim gələcək baxımından müstəsna əhəmiyyət kəsb edir və seçki məntəqələrinə yollananlar məhz həmin gələcəyə səs vermiş olacaqlar”,- deyə o bildirib. 

Ekspert vurğulayıb ki, bu il prezident seçkiləri suverenliyini tam bərpa etmiş ölkədə keçiriləcək: “Azərbaycanın heç bir yerində erməni işğalçıları yoxdur. Bu gün bütün bölgələrdə Azərbaycanın Dövlət Bayrağı dalğalanır və təbii ki, bu, xüsusi haldır. Çünki bu, vahid, güclü, işğal altındakı bütün torpaqlarını geri qaytarmış ölkədə keçirilən ilk belə seçkilərdir. Bu, müstəsna əhəmiyyət kəsb edən hadisədir və təbii ki, çox mühüm, taleyüklüdür. Bu səbəbdən də hər kəs seçkilərə getməlidir və bununla da hər kəs öz seçimini etmiş olacaq”.

S.Süleymanova

Oxşar xəbərlər