09.06.2025, 07:06
AZ EN
14.04.2025, 10:44 224

Kamran Əliyev: Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır

XƏBƏRLƏR
  • Müasir Azərbaycanın hüquqi-siyasi dayaqları məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin nəticəsidir. 1995-ci ildə qəbul olunan Konstitusiya və prokurorluq orqanlarının yenidən qurulması bu siyasətin mühüm elementlərindəndir. Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır.

Bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.

Kamran Əliyev tədbirin Xankəndi şəhərində keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb: “Bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür”. (AZƏRTAC)

Oxşar xəbərlər