22.01.2026, 05:22
AZ EN
21.01.2026, 20:15 117

Azərbaycan və Moldova ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər

XƏBƏRLƏR
  • Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mixov və Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Bu barədə Moldova Xarici İşlər Nazirliyi xəbər yayıb.

Görüşdə tərəflər Moldova-Azərbaycan münasibətlərinin müsbət dinamikasını qeyd edərək, ikitərəfli gündəliyin prioritet məsələlərini nəzərdən keçiriblər.

"Müzakirələrdə bu il ikitərəfli səfərlərin koordinasiyası, həmçinin Kişinyovda nazirliklərarası siyasi məsləhətləşmələrin növbəti raundu və ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının təşkilinə xüsusi diqqət yetirilib", – məlumatda vurğulanır.

Həmçinin ikitərəfli hüquqi bazanın genişləndirilməsi, regional təhlükəsizlik sahəsində son hadisələr, eləcə də ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub. Tərəflər ayrıca beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar.(Report)

Oxşar xəbərlər