22.11.2024, 09:42
AZ EN
04.07.2022, 15:25 361

Əli Hüseynli: Dünyada Azərbaycan-Ermənistan konfliktinin Qarabağ münaqişəsi kimi çatdırılmasına cəhd olunur

XƏBƏRLƏR
  • Tariximizin indiki mərhələsində əzəli torpaqlarımız olan Ermənistan Respublikası ərazisində ermənilər tərəfindən dağıdılmış, mənimsənilmiş Azərbaycan abidələrinə, tarixi-mədəni irsimizə həsr olunmuş bu tədbirin müstəsna əhəmiyyəti var. Sözsüz ki, zamanında ulu öndər Heydər Əliyev və hər zaman Prezident İlham Əliyev bizim tarixi irsimizi qoruyublar.

Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimat mərasimində söyləyib.

O qeyd edib ki, uzun illər ərzində həm postsovet məkanında, həm də dünyada Azərbaycan-Ermənistan konfliktinin Qarabağ münaqişəsi kimi çatdırılmasına cəhd olunub. Əslində isə hadisələrin başlanmasının əsas səbəbi Moskvada Ulu Öndərin ədalətsiz şəkildə hakimiyyətdən kənarlaşdırılması və bundan sonra azərbaycanlıların Ermənistandan deportasiya olunmasıdır. Təəssüf ki, o dövrdəki səriştəsiz şəxslər bunun qarşısının alınması istiqamətində addım atmadılar. Hətta bu hadisələri işıqlandırmağa belə cəhd etmədilər. Buna görə də azərbaycanlıların deportasiyası mövzusu qapalı qaldı. Bundan istifadə edən ermənilər sonra isə Qarabağ mövzusunu önə çəkə bildilər. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR